“İmişli” heyətinə yeni oyunçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə klubunun mətbuat xidməti yayıb.
Premyer Liqa təmsilçisi azərbaycanlı futbolçu Orxan Fərəcov ilə müqavilə imzalayıb.
25 yaşlı yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə “Şamaxı-2”, “Keşlə”, “Səbail”, Polşanın “KS Troşın” və “Narev Ostrolenka” klublarında çıxış edib. Son mövsümlərdə isə o, “Baku Sportinq” və “Şahdağ”ın formasını geyinib.