"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi Orxan Fərəcovla müqavilə imzalanıb.
Qeyd edək ki, Fərəcov karyerası ərzində "Şamaxı-2", "Keşlə", "Səbail" klublarının uğurları üçün çalışıb. Legioner həyatı da yaşayan yarımmüdafiəçi Polşanın "KS CK Troszyn" və "Narew Ostrołęka" kollektivlərində çıxış edib.
Qeyd edək ki, futbolçunun son klubları isə "Baku Sporting" və "Şahdağ" olub.