ABŞ Prezidenti Donald Tramp İrana nüvə sazişi bağlamaq üçün maksimum 15 gün vaxt verməyə hazırdır.
Senzor.az bildirir ki, Ağ Ev rəhbəri bu barədə "Sülh Şurası"nın ilk iclasından dərhal sonra jurnalistlərə verdiyi açıqlamasında danışıb.
Onun sözlərinə görə, razılığa gəlmək üçün 10 gün kifayətdir: "Biz bu və ya digər şəkildə razılaşma əldə edəcəyik. Əslində, maksimum müddət 10-15 gündür".
Daha əvvəl ABŞ Prezidenti "Sülh Şurası"nın ilk iclasında çıxışında Tehran 10 gün ərzində razılaşma əldə etməsə, İran hakimiyyətini "pis hadisələrlə" hədələmişdi.