EN

Ermənistan Hindistandan “Pralay” ballistik raketləri almaq istəyir

Ermənistan Hindistanın “Pralay” taktiki ballistik raketləri ilə maraqlanır.

Azpost.info bildirir ki, bu barədə Hindistanın IDRW nəşri məlumat verir.

Xəbərdə qeyd olunur ki, Azərbaycan İsrailin Barak-8 yer-hava raket sistemlərindən istifadə edir. Bu hava hücumundan müdafiə sistemini aradan qaldırmaq üçün İrəvan Hindistanın Pralay yer-hava raketlərini almağı düşünür.

Bu qısa mənzilli raket trayektoriyasının son mərhələsində manevr etmək və istiqamətini dəyişdirmək qabiliyyəti ilə xarakterizə olunur. Bu da Pralay-ı hətta Barak-8 və ya S-300 kimi müasir sistemlər üçün belə tutmaq üçün olduqca çətin bir hədəfə çevirir.

Əgər müqavilə bağlanarsa, Ermənistan Pralay sisteminin ilk xarici alıcısı olacaq.

AzPost.az

Chosen
62
3
azpost.info

4Sources