EN

İranda hərbi təyyarə qəzaya uğradı

İran hərbi təyyarəsi qəzaya uğrayıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə "TABNAK" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Həmədan əyalətində gecə təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilotlardan biri ölüb, digəri isə sağ qalıb.

"Cümə axşamı Nobaran rayonunda təlim təyyarəsi qəzaya uğrayıb və xilasetmə qüvvələri dərhal hadisə yerinə göndərilib. Hadisənin təfərrüatları araşdırılır", - deyə məqalədə bildirilir.

Həmidə İbrahimova

Chosen
37
3
hakimiyyet.az

7Sources