EN

"Bitcoin"in qiyməti 67 min dolları ötüb

Kriptovalyuta bazarında son 24 saatda əsas aktivlər üzrə qarışıq dinamika müşahidə olunub.

"APA-Economics"in CoinMarketCap platformasına istinadən verdiyi məlumata görə, bazarın ümumi kapitallaşması 0,15% artaraq 2,3 trilyon dollar təşkil edib.

Lider kriptovalyuta olan Bitcoin (BTC) 0,63% artaraq 67 234 dollar səviyyəsinə yüksəlib. Son 7 gündə BTC 1,42% dəyər qazanıb. Bitcoin-in bazar kapitallaşması 1,34 trilyon dollar olub.

İkinci ən böyük kriptovalyuta Ethereum (ETH) isə son 24 saatda 1,64% azalaraq 1 938 dollar səviyyəsində qərarlaşıb. Ethereum-un bazar dəyəri 233,9 milyard dollardır.

Digər kriptovalyutalar - BNB 0,07% azalaraq 608 dollar, Zcash (ZEC) isə 0,47% azalaraq 262 dollar səviyyəsində ticarət olunub.

Bitcoin Cash (BCH) 0,22% artaraq 557 dollar, Monero (XMR) 2,12% artaraq 331 dollar,

Qeyd edək ki, bazarda Qorxu və İştah İndeksi 12 bənd təşkil edir ki, bu da investorların risk iştahının aşağı olduğunu göstərir.

Analitiklər bildirirlər ki, hazırkı dinamika əsasən ABŞ-da pul siyasəti ilə bağlı gözləntilər, dollar indeksinin möhkəmlənməsi, eləcə də spot Bitcoin ETF-lərindən vəsait çıxışlarının davam etməsi ilə əlaqədardır. Eyni zamanda, qlobal bazarlarda riskdən qaçma meyilləri kriptoaktivlərə təzyiq göstərir.

Chosen
19
4
apa.az

6Sources