EN

İranın BMT-yə məktubu: “İran legitim müdafiə hüququ çərçivəsində cavab verəcək”

İranın BMT yanında Daimi Nümayəndəsi Amir Saeid Iravani BMT-yə ünvanladığı məktubda mümkün ABŞ hücumu halında İranın legitim müdafiə hüququndan istifadə edərək cavab verəcəyini və ABŞ-ın bütün hərbi bazalarının legitim hədəf sayılacağını bəyan edib.

Editor.az xəbər verir ki, Amir Saeid Iravani BMT Təhlükəsizlik Şurasının sədrinə müraciət ünvanlayıb. Məktubda İranın diplomatik həll yollarına sadiq qaldığı vurğulanıb, ABŞ ilə nüvə danışıqlarının xoş niyyət və konstruktiv yanaşma əsasında aparıldığı qeyd edilib. Bununla yanaşı, mümkün ABŞ hücumu baş verərsə, Tehranın adekvat cavab verəcəyi bildirilib.

İravani ABŞ-ın “güc tətbiqi” ilə bağlı təhdidlərinin davam etdiyini, xüsusilə Prezident Donald Trampın açıqlamalarının real hücum riskləri yaratdığını qeyd edib. Onun sözlərinə görə, bu cür bəyanatlar BMT Nizamnaməsinin, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, regionu yeni böhran və qeyri-sabitlik mərhələsinə sürükləyə bilər.

Məktubda vurğulanıb: “Bunun nəticələri region üçün fəlakətli ola bilər,  beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradar”.

//Gülnarə Abasova, Editor.az

Chosen
20
editor.az

1Sources