EN

Kişi səkkiz gün yuxusuz qaldı –Psixi vəziyyəti kəskin pisləşdi

Böyük Britaniya sakini Tommi Qreyvs bir həftə yuxusuz qaldıqdan sonra üzləşdiyi ağır nəticələrdən danışıb.

Redaktor.az xəbər verir ki, onun hekayəsini "Metro" nəşri yayımlayıb.

Qreyvs bildirib ki, xeyriyyə məqsədli yayım zamanı səkkiz gündən çox fasiləsiz oyaq qalıb. Günlərin birində vəziyyəti qəfil pisləşib və huşunu itirib. “Nəyin real, nəyin isə qeyri-real olduğunu ayırd edə bilmirdim və bu, həqiqətən qorxulu idi”, – deyə o etiraf edib.

Onun sözlərinə görə, güclü stress və yuxusuzluq fonunda onda obsessiv fikirlər və hallüsinasiyalar yaranıb, eksperimentin sonuna yaxın isə reallıqla əlaqəni tamamilə itirib. Nəticədə yaxınları təcili yardım çağırmalı olublar və Qreyvs xəstəxanaya aparılıb. Həkimlər ona yuxu çatışmazlığının yaratdığı manik epizod diaqnozu qoyublar.

“Qarışıq və mənasız sözlər danışırdım, özümü televiziya studiyasında hesab edirdim, mahnı oxuyur, rəqs edir, salto vurur, bir anda irqçiliyə, seksizmə, müharibələrə son qoyacağımı və xərçəngi müalicə edəcəyimi düşünürdüm”, – deyə Qreyvs bildirib.

Aytəkin TOFİQQIZI

Chosen
58
redaktor.az

1Sources