İngiltərənin "Mançester Yunayted" klubu "Barselona"nın futbolçusu Aleks Baldeni istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın heyətin formalaşdırılması şöbəsinin rəhbəri Kristofer Vivell 22 yaşlı futbolçunu kluba təklif edib.

Müdafiəçinin bu transferdə maraqlı olmadığı deyilir.

Qeyd edək ki, bu mövsüm bütün turnirlərdə 32 oyunda meydana çıxan Aleks Balde  üç məhsuldar ötürmə ilə yadda qalıb.