EN

Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

19 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla növbəti görüşünü keçirib.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Görüş zamanı Seymur Hüseynovun mentorluq proqramı çərçivəsində iştirak etdiyi layihələr və onların nəticələri müzakirə olunub. Bundan başqa, mentinin istəyinə uyğun olaraq gəlcəkdə onun data analitikası sahəsində müəyyən təlimlərə cəlb edilməsi qərara alınıb.

Xatırladaq ki, dördüncü “Yüksəliş" müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Chosen
25
4
azedu.az

5Sources