EN

FIFA və Tramp Qəzzada futbolu dirçəldir 75 milyon dollarlıq...

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası zamanı Qəzza zolağında futbol infrastrukturunun yenidən qurulması üçün 74 milyon dollarlıq (təxminən 63 milyon avro) fondun yaradıldığını elan edib.

Bakıvaxtı.az "LeMonde.fr" istinadən xəbər verir ki, bu fondun bir hissəsi Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfindən maliyyələşdiriləcək.

ABŞ prezidenti tədbirdə iştirak edən FIFA prezidenti Canni İnfantinoya deyib: “Sən stadionlar tikəcəksən, dünyanın ən böyük ulduzlarını, səndən və məndən daha böyük ulduzları gətirəcəksən, Canni. Bu, həqiqətən vacib bir məsələdir, bacarsam, səninlə ora gedərəm”.

C.İnfantino verdiyi açıqlamada münaqişədən sonra ərazilərdə yenidənqurma prosesini dəstəkləmək üçün futbola investisiya qoyuluşunu təşviq edəcək Sülh Şurası ilə tarixi tərəfdaşlıq müqaviləsinin imzalanmasını alqışlayıb :

Bu plan təhlükəsizlik şəraiti imkan verən kimi başlayacaq və üç il davam edəcək. Plana, xüsusən də, məktəblər və yaşayış sahələrinin yaxınlığında 50 FIFA Arena mini-meydançasının, bir neçə quberniya ərazisində beş standart ölçülü meydançanın, 20 min yerlik yeni milli stadionun tikintisi daxildir. Konkret rəqəmləri qeyd etmədən FIFA müqavilənin beynəlxalq liderlərdən və qurumlardan maliyyələşdirmə təmin edəcəyini bildirir .

Qəzzadakı müharibə 365 kv.km ərazidə demək olar ki, bütün idman infrastrukturunu məhv etmiş, milli komandanın futbol çempionatına və ya ev oyunlarına son qoymuş, yüzlərlə idmançı isə münaqişədə yaralanmış və ya həlak olmuşdur.

Qəzzanın əsas futbol stadionu müharibə zamanı dağıdılıb və hazırda məcburi köçkün ailələr üçün çadır düşərgəsi kimi xidmət edir. Lakin, Cəbəliya düşərgəsində Fələstin Futbol Federasiyası yeni bir oyun meydançası yaradıb. Onlar dağıntıları təmizləyib, köhnəlmiş süni örtük döşəyib və dağıdılmış binaların xarabalıqlarının ətrafına hasar çəkiblər.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
1
bakivaxti.az

2Sources