EN

ABŞ-ın Vitse-prezidenti Azərbaycan və Ermənistan liderlərinə təşəkkür etdi

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan və Ermənistan liderlərinə təşəkkür edib.

 

Senzor.az bildirir ki, Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında çıxış edən Vens bu yaxınlarda Ermənistan və Azərbaycana səfər etdiyini xatırladıb.

 

“Sülhü mümkün etdiyiniz və əsl liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Silahları, ölümləri və dağıntıları kənara qoyub xalqınıza və rifaha sərmayə qoyduğunuz zaman bu, böyük işlərə yol açır. Buna görə, etdiyiniz işlərə görə hər ikinizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, siz əla liderlik nümayiş etdirdiniz”, - deyə Vens əlavə edib.

Chosen
16
7
senzor.az

8Sources