EN

ABŞ hökuməti yadplanetlilər və UFO-lar barədə sənədləri dərc edəcək

ABŞ hökuməti yadplanetlilər və UFO-lar barədə sənədləri dərc edəcək

ABŞ hökuməti kənar sivilizasiyalar və naməlum uçan obyektlər (UFO) barədə gizli sənədlərin dərcinə başlayacaq.

AFN.az xəbər verir ki, bu barədə prezident Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib. Amerika lideri qeyd edib ki, mövzuya olan böyük marağı nəzərə alaraq, hərbi nazir Pit Heqsetə və digər əlaqədar qurumlara müvafiq tapşırıqlar verəcək.

Tramp yadplanetli həyat formaları, naməlum anomal hadisələr və uçan obyektlərlə bağlı hökumət sənədlərinin aşkar edilərək ictimaiyyətə açıqlanması prosesini vacib addım adlandırıb. O, bu mövzunu mürəkkəb, lakin son dərəcə maraqlı hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl keçmiş prezident Barak Obama fevralın 14-də verdiyi müsahibədə başqa həyat formalarının olması ehtimalının yüksək olduğunu demişdi. Lakin Obama öz dövründə yadplanetlilərin insanlarla təmasına dair hər hansı sübut görmədiyini bildirmişdi. Donald Tramp isə Obamanın bu açıqlamalarını məxfi məlumatların ifşası kimi qiymətləndirsə də, indi sənədlərin tam açılmasına qərar verib.

Chosen
28
afn.az

1Sources