EN

Çində faciə: Yanğınsöndürən maşın dərəyə aşdı, 6 xilasedici öldü

Çində faciə: Yanğınsöndürən maşın dərəyə aşdı, 6 xilasedici öldü

Çinin mərkəzi hissəsində yerləşən Hunan əyalətində yanğınsöndürən maşının dərədən aşması nəticəsində altı xilasedici həlak olub.

AFN.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Hadisə nəticəsində daha bir xilasedicinin ağır xəsarət aldığı və hazırda xəstəxanada müalicə olunduğu bildirilir.

Qəza fevralın 19-u yerli vaxtla saat 16:00 radələrində Sinxua qəzasında baş verib. Məlumata görə, yanğınsöndürənlər Luquan qəsəbəsində baş vermiş yanğının söndürülməsi əməliyyatını uğurla başa vurduqdan sonra öz depolarına qayıdırmışlar. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin texniki nasazlıq və ya çətin yol şəraiti səbəbindən baş verməsi araşdırılır.

Chosen
65
afn.az

1Sources