EN

Nə pəhriz, nə də qadağa Saatı dəyiş, çəkin normallaşsın

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Arıqlamaq istəyənlərin əksəriyyəti eyni nöqtədə ilişib qalır. Bir çoxları pəhrizlərin çətin və yorucu olmasından şikayətlənir. "Az yeyirəm, amma çəkim azalmır" deyənlər üçün Dr. Maykl Mosli olduqca sadə və effektiv üsul təklif edir. Burada nə kalori hesabı var, nə də "bunu əsla yemə" təzyiqi. Bütün sirr şam yeməyinin saatındadır.Demokrat.az xəbər verir ki, Maykl Moslinin əsas qaydasına görə, çəki idarəsi üçün şam yeməyi ən geci saat 19:30-da bitməlidir. Gece geç saatlarda edilən atışdırmalar tamamilə dayandırılmalıdır. Mosli öz təcrübəsində bu vərdişi dəyişməklə xüsusilə bel ətrafında incəlmə müşahidə etdiyini bildirir. Onun sözlərinə görə, gecə saatlarında bədənin öncəliyi həzm deyil, bərpa və dincəlmədir.Nottingem Universiteti və Tehran Tibb Elmləri Universitetinin birgə araşdırması da bu fikri təsdiqləyir. 12 həftə davam edən tədqiqatda 82 qadın iştirak edib. Hər iki qrup eyni miqdarda kalori alsa da, şam yeməyini 19:30-da bitirənlər gec yeyənlərə nisbətən orta hesabla 2 kiloqram daha çox çəki itiriblər. Üstəlik, erkən yeyənlərin xolestrini sürətlə normallaşıb.ABŞ-də aparılan digər araşdırma göstərir ki, yatmazdan bir saat əvvəl yemək yeyənlər, yemeyi üç saat əvvəl kəsənlərlə müqayisədə gecə boyunca 10% daha az yağ yandırırlar. Gec saatlarda qidalanmaq metabolizmanı idarə edən genlərin ritmini pozur və piylənmə riskini artırır. Gecə yarısı yeyilən kiçik atışdırmalıq belə gündüz yeyilən eyni qidadan daha çox piy depolanmasına səbəb olur.Həmçinin oxu:

'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'

'Camaatın əri uşaq deyil ki, konfet verib yanıma gətirim'

'Sənin kirayə qaldığın binada mənim 3 evim var'İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
demokrat.az

1Sources