EN

İran BMT-yə müraciət etdi: Trampın sözləri təhlükə yaradır

BAKI, 20 fevral. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəsi Donald Trampın İranla bağlı açıqlamalarının real hərbi aqressiya riski yaratdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani BMT-nin baş katibi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədri Ceyms Kariukiyə ünvanladığı məktubda qeyd edib.

Məktubda bildirilir ki, Trampın bəyanatları region üçün fəlakətli nəticələrə səbəb ola biləcək və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yarada biləcək hərbi müdaxilə riskini göstərir.

Chosen
47
teleqraf.com

1Sources