EN

“Qarabağ”ı “qol yağışı”nda isladan "Nyukasl" nəyə imza atdı?

"Nyukasl" Çempionlar Liqasının tarixində pley-off oyununda ilk hissəni 5 top fərqi ilə qazanan cəmi ikinci komanda olub.

Sportinfo.az xəbər verir ki, Eddi Haunun komandası səfərdə təmsilçimiz "Qarabağ"ı 6:1 hesabı ilə məğlub edib.

Buna qədər fasiləyədək rəqibdən 5 top çox vurmaq yalnız "Bavariya"ya 2015-ci ildə nəsib olmuşdu. O zaman “Bavariya” "Porto" ilə oyunda da ilk hissəni 5:0 hesabı ilə bitirmişdi.

Bundan əlavə, “Nyukasl” ilk 45 dəqiqədə 4,5 gözlənilən qol (xG) yaradaraq, Çempionlar Liqasında rekord müəyyənləşdirib. Statistik məlumatların aparıldığı dövrdə belə göstərici qeydə alınmamışdı.

Chosen
61
sportinfo.az

1Sources