EN

Tokayev Tramp adına mükafat təsis etməyi təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sülhün möhkəmləndirilməsində nailiyyətlərə görə amerikalı həmkarı Donald Trampın adına mükafat təsis etmək təşəbbüsü ilə çıxış edib.

"Far.Az" xəbər verir ki, Tokayev bu təklifi Vaşinqtonda Sülh Şurasının ilk iclasında səsləndirib.

"Mən Prezident Trampın sülh quruculuğu sahəsində səyləri və nailiyyətlərinin tanınması olaraq Sülh Şurasının Prezident Tramp adına xüsusi mükafatının təsis edilməsini təklif etmək istərdim. Əminəm ki, sizin rəhbərliyiniz altında Sülh Şurası öz böyük və nəcib missiyasını uğurla yerinə yetirəcək", - Tokayev bəyan edib.

Chosen
78
far.az

1Sources