EN

Ukraynada naməlum şəxs polis avtomobilinə QUMBARA ATDI – Yaralılar var

Çernivtsi vilayətində naməlum şəxs polis avtomobilinə qumbara atıb: Yaralılar var

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Ukraynanın Çernivtsi vilayətində polisin xidməti avtomobilinə qumbara atılması nəticəsində ağır insident baş verib. Naməlum şəxs tərəfindən törədilən hücum nəticəsində iki polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra cinayətkarın müəyyən edilərək saxlanılması üçün ərazidə xüsusi əməliyyat elan edilib. Yaralı polislər xəstəxanaya çatdırılıb və onlara zəruri tibbi yardım göstərilir.

Hazırda hücumun motivləri araşdırılır və hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
94
1
interpress.az

2Sources