EN

Həmədanda “F-4” qırıcısı QƏZAYA UĞRADI – Ölən var – FOTO

İran ordusuna məxsus təyyarə Həmədanda qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İranın Həmədan əyalətində hərbi təyyarə qəzaya uğrayıb. Məlum olub ki, qəzaya uğrayan hava vasitəsi ABŞ istehsalı olan “F-4” qırıcı təyyarəsidir.

Sözügedən təyyarə 1979-cu il İslam İnqilabından əvvəl, hələ İran şahının hakimiyyəti dövründə ABŞ-dən satın alınıb.

Hadisə nəticəsində təyyarədə olan pilotlardan biri həyatını itirib, digəri isə sağ qalıb.

Ölənlərdən biri İkinci briqada generalı pilot Mehdi Firuzməndin adı açıqlanıb.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
36
interpress.az

1Sources