EN

İsrail XİN: ABŞ-nin Qəzza planını dəstəkləyirik

BAKI, 20 fevral. TELEQRAF

İsrail ABŞ rəhbərliyinin Qəzza sektorunda irəli sürdüyü sülh planını dəstəklədiyini və onun uğurla həyata keçirilməsinə töhfə verəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında çıxışı zamanı bildirib.

“Bu, problemi kökündən həll etməyə yönəlmiş ilk plandır. Biz onu dəstəkləyirik, onun uğuru üçün çalışırıq və çalışacağıq”, = deyə nazir vurğulayıb.

Saarın sözlərinə görə, Qəzzada vəziyyətin tənzimlənməsi üzrə əvvəlki təşəbbüslər terrorizm, nifrət, təhrik və ideoloji yönləndirmə kimi əsas problemləri nəzərə almadığı üçün uğursuz olub. Nazir hesab edir ki, hazırkı plan sektorun tam demilitarizasiyasına və Fələstin cəmiyyətinin radikallaşmadan uzaqlaşdırılmasına imkan verə bilər.

Chosen
27
teleqraf.com

1Sources