EN

Klassik ezogelin şorbası resepti

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bu şorba mərci şorbasından fərqli olaraq içindəki düyü və bulqur sayəsində daha qatı və zəngin teksturaya malikdir.

Milli.Az lazım olan məhsulları təqdim edir:

Qırmızı mərci: 1.5 stəkan

Düyü: 1 yemək qaşığı

Bulqur (pilovluq): 1 yemək qaşığı

Soğan: 1 ədəd (orta boy)

Sarımsaq: 2 diş

Tomat pastası: 1 yemək qaşığı (bibər və pomidor qarışığı olsa daha yaxşıdır)

Yağ: 2 yemək qaşığı kərə yağı və bir az bitki yağı

Ədviyyatlar: Duz, istiot, pul bibər (qırmızı bibər) və bol miqdarda quru nanə.

Su: 7-8 stəkan isti su (və ya ət suyu).

Hazırlanma qaydası:

Qazanda yağı qızdırın, xırda doğranmış soğanı və əzilmiş sarımsağı şəffaflaşana qədər qovurun.

Tomat pastasını əlavə edib bir neçə dəqiqə qovuraraq qoxusunun çıxmasını gözləyin.

Yaxşıca yuyulmuş mərcini, düyünü və bulquru qazana əlavə edib 1-2 dəqiqə qarışdıraraq qovurun.

Üzərinə isti suyu (və ya ət suyunu) əlavə edin. Yarmalar tam yumşalana qədər orta atəşdə bişirin.

Şorba bişdikdən sonra duz, istiot və əsas ləzzəti verən quru nanəni əlavə edin.

Əgər şorba çox qatı olsa, bir az da qaynar su əlavə edib 5 dəqiqə daha qaynadın. Ardanın üslubunda bu şorba tam blenderdən keçirilmir, dənəli qalması daha məqsədəuyğundur.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
48
1
news.milli.az

2Sources