EN

Zibilliyə atılmış qızıl külçələr

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İtaliyada 57 yaşlı kişi bilmədən 20 qızıl külçəni zibil qutusuna atıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, maraqlı hadisə Terni şəhərində baş verib.

Adı açıqlanmayan şəxs yalnız ertəsi gün əməlinin fərqinə varıb.

Dərhal bu barədə polisə məlumat versə də, polislər əvvəlcə ona inanmayıblar. Amma sonra müşahidə kameraları izlənib və zibilin hansı zibilliyə atıldığı müəyyənləşdirilib. Bir neçə saatlıq axtarışdan sonra külçələrin və bir qədər nağd pulun olduğu qutu tapılıb.

Məlum olub ki, italiyalı anbardakı artıq əşyaları atan zaman qohumundan qalma qutunun içinə baxmayıb. Onun lazımsız əşya olduğunu düşünüb və yaxınlarının məlumatından sonra səhv etdiyini anlayıb.

Qeyd edək ki, kişinin zibilliyə atdığı "zibil"in dəyəri 250 min avro civarında olub.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
525.az

1Sources