EN

“İnkişaf”da olan Azərbaycan millisi 7 qolla uduzdu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində ilk oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüşdə yığmamız1:7 hesabı ilə uduzub.

Azərbaycan millisinin yeganə qolunu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Chosen
63
sportinfo.az

1Sources