EN

Kritik məlumat Putinə çatdı: Müharibənin taleyi ilə bağlı son qərar verilir

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Vladimir Medinski Cenevrədə keçirilən Ukrayna üzrə danışıqların gedişi barədə Vladimir Putinə məruzə edib və onun qərarənə gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə fevralın 19-da Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Peskov müxbirlərin bununla bağlı sualına qısa şəkildə “Bəli” cavabını verib və Medinskinin dövlət başçısını danışıqların detalları barədə məlumatlandırdığını təsdiqləyib.

Ukraynadakı münaqişənin nizamlanmasına dair növbəti danışıqlar 17–18 fevral tarixlərində Geneva şəhərində keçirilib. Görüşlərdə Moskva, Kiyev və Vaşinqton nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər münaqişənin həlli yollarını, mümkün atəşkəs mexanizmlərini və diplomatik təmasların davam etdirilməsi perspektivlərini müzakirə ediblər. Danışıqların nəticələri ilə bağlı rəsmi yekun bəyanat hələlik açıqlanmayıb.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
globalinfo.az

1Sources