EN

“Fənərbağça“ Avropa Liqasının pley-off mərhələsində İngiltərə klubuna uduzub

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Yeni Sabah" xəbər verir ki, İngiltərənin "Nottinqem Forest" kollektivi ilə qarşılaşan Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv 0:3 hesabı ilə uduzub.

İstanbulda baş tutan matçda qolları Murillo (21), İqor Jesus (43) və Morqan Qibbs-Uayt (50) vurublar.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları fevralın 26-da baş tutacaq.


Telegram kanalımız
Chosen
33
6
yenisabah.az

7Sources