EN

15 milyon avro ödəməyə hazırdır - “Barselona”nın hücumçusu üçün

“Barselona”nın hücumçusu Ansu Fati karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Nottingem Forest” maraqlıdır.

“Meşəçilər” bu keçid üçün 15 milyon avro təklif etməyə hazırdır.

Fati hazırda icarə əsasında “Monako”da çıxış edir və onun icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Monako təmsilçisinin onu birdəfəlik transfer etmək hüququ da var. O, daha əvvəl Premyer Liqada “Brayton”un formasını geyinib.

“Barselona”nın yetirməsi olan Fati ilə müqaviləsinin müddəti 30 iyun 2028-ci ilə qədərdir. O, cari mövsümdə bütün turnirlərdə 19 oyuna çıxıb və 8 qol vurub.

Chosen
39
sportinfo.az

1Sources