EN

11 ayın əməlini 1 aylıq orucla ödəmək məqbuldur?

Ramazan ayı müsəlmanlar üçün xüsusi əhəmiyyət daşıyan, ibadətə və mənəvi dəyərlərə daha çox önəm verilən bir aydır. Bəs ilin digər aylarında namaz qılmayan və dini ibadətlərə əməl etməyən, lakin yalnız Ramazan ayında oruc tutan şəxslərin orucu dini baxımdan məqbul hesab olunur?İlahiyyatçı Yaşar Qurbanov Metbuat.az-a açıqlamasında bildirib ki, namaz, oruc, sədəqə və yaxud həcc insanın Allah qarşısında yerinə yetirdiyi fərdi ibadətdir: “Buna görə də kiməsə “namaz qılmırsansa, orucun qəbul deyil” demək doğru yanaşma deyil. Bu cür ifadələr insanları dindən uzaqlaşdıra, onlarda mənfi fikir formalaşdıra bilər. İbadət Allahla qul arasındadır və buna heç kimin müdaxilə etmək haqqı yoxdur”. İlahiyyatçının sözlərinə görə, hər bir insanın səmimi qəlbdən etdiyi ibadət Allah qatında məqbul hesab olunur.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
66
metbuat.az

1Sources