EN

Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində göstərilən xidmətlərlə tanış olublar - FOTOLAR

Son bir ildə müəssisədə əlilliyi olan daha 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Naftalan Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Media nümayəndələrinə məlumat verilib ki, 25 çarpayılıq Mərkəzdə əlilliyi olan şəxslərin tibbi, sosial-psixoloji reabilitasiyası həyata keçirilir. Son bir ildə müəssisədə əlilliyi olan daha 5400-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib.

Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Postmüharibə dövründə Mərkəzdə müharibə ilə əlaqədar əlilliyi olan 400-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya (elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəslə müalicə, lazer müalicəsi, müalicəvi vannalar, parafinlə müalicə və s.), müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və s. istiqamətlərdə xidmətlər göstərilir.

Media nümayəndələri Naftalan Reabilitasiya Mərkəzində yaradılan şəraitlə, burada göstərilən tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri ilə yaxından tanış olublar.

Chosen
40
7
qht.az

8Sources