EN

İnsult keçirən müxalifət liderini azadlığa buraxdı

Belarus müxalifətinin lideri Nikolay Statkeviç respublika prezidenti Aleksandr Lukaşenkonun qərarı ilə yenidən azadlığa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Naşa Niva" "Telegram" kanalı məlumat yayıb.

Statkeviçin həyat yoldaşı Marina Adamoviç onun azadlığa buraxılması barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, müxalif siyasətçi insult keçirib, lakin hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir və evdə müalicə olunur.

"Hələlik nitqi ilə bağlı problemlər var. Qalan hər şey normaldır. Hər şey yaxşı olacaq", — deyə "Naşa Niva" Adamoviçin sözlərindən sitat gətirib.

Statkeviç 2010-cu il prezident seçkilərində Lukaşenkonun rəqiblərindən biri olub. O, səsvermədən sonra axşam saatlarında iğtişaşların təşkili ittihamı ilə həbs edilmişdi. DTK-nın istintaq təcridxanasında siyasətçi ifadə verməkdən imtina edərək 22 günlük aclıq aksiyası elan etmiş, məhkəmədə isə günahını boynuna almamışdı.

Chosen
34
publika.az

1Sources