EN

Putin və Lukaşenko "Birlik" Ali Dövlət Şurasının iclasına hazırlıqları müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib .

"Telefon danışığı zamanı Vladimir Putin və Aleksandr Lukaşenko gələn həftə Moskvada keçiriləcək "Birlik" Ali Dövlət Şurasının iclasına hazırlıqları müzakirə ediblər ", - deyə açıqlamada bildirilir.

Fevralın 16-da Lukaşenko Ali Şurasının iclasının 26 fevralda keçiriləcəyini elan edib. Belarus lideri qeyd edib ki, Belarus və Rusiyanı bir-birindən ayıra biləcək heç bir qüvvə yoxdur.

Chosen
65
teleqraf.com

1Sources