EN

Sabiq prezidentin oğlu CAR-da həbs edildi – FOTO

Zimbabvenin keçmiş prezidenti Robert Muqabenin oğlu Cənubi Afrika Respublikasında (CAR) bağbanı güllələməkdə şübhəli bilinərək həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CAR polisinin nümayəndəsi Dimakatso Nevuxulvi məlumat verib.

“Bellermin Muqabe Yohannesburqun şimalındakı Muqabe ailəsinin evində 23 yaşlı bağbanı güllələyərək yaraladığı üçün polis tərəfindən saxlanılıb. Axtarış aparılır və polis silahı axtarır”, – deyə o bildirib.

Zimbabvenin

Şahidin sözlərinə görə, Bellermin əvvəlcə özünü otağa kilidləyib, lakin polislə danışıqlardan sonra hökumət orqanlarına təslim olub.

Qeyd edək ki, Robert Muqabe 1987-ci ildən 2017-ci ilə qədər Zimbabvenin prezidenti vəzifəsini tutub və parlament tərəfindən impiçment təhlükəsi altında istefa verib. Muqabe iki il sonra Sinqapur xəstəxanasında vəfat edib. Bellermin keçmiş dövlət başçısının kiçik oğludur.

Zimbabvenin

oxu.az

Chosen
47
2
nocomment.az

3Sources