EN

IMF 2026 cı ildə Azərbaycan neftinin ixrac qiymətini 66,7 ABŞ dolları səviyyəsində proqnozlaşdırır

ain.az, Baku.ws saytına istinadən bildirir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 66,7 ABŞ dolları təşkil edəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 2027-ci ildə 64,9 ABŞ dollarına qədər cüzi azalmadan sonra yüksələn trend proqnozlaşdırılır: 2028-ci ildə 65,4 ABŞ dolları, 2029-cu ildə isə 66,4 ABŞ dolları.

2030-cu ildə isə ixrac neftinin orta qiyməti bir barel üçün 67,2 ABŞ dollarına çatacaq, 2031-ci ildə isə 68,5 ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, "Azeri Light" "Brent"lə müqayisədə 2-3 dollar premiumla satılır (bir barel üçün ABŞ dolları ilə).

Azərbaycanın bu ilki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,655 % təşkil edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
76
3
baku.ws

4Sources