“Qarabağ”ı saymasaq, premyer-liqada hazırda dörd məcburi köçkün var - “Araz-Naxçıvan”, “İmişli”, “Turan Tovuz” və “Kəpəz”.
“Sarı-göylər”in bu mövsüm Gəncəyə qayıdacağı deyilirdi. Əvvəlcə yanvar dedilər, sonra mart.
“Football-plus.az”a daxil olan məlumata görə, komanda bu mövsüm Gəncədə cəmi bir oyun keçirəcək. Mövsümün sonunda - 33-cü turda “Neftçi”yə qarşı. Həmin turun oyunları isə mayın 22-24-nə planlaşdırılıb.
Xatırladaq ki, “Kəpəz” Gəncədə sonuncu dəfə 2023/24 mövsümündə oynayıb.
MÜZƏFFƏR QULUZADƏ