EN

Körlinq dünyasında böyük QALMAQAL: Kanadalı idmançıların fırıldağı İFŞA OLUNDU – FOTO/VİDEO

Körlinq dünyasında böyük bir qalmaqal yarsnıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Körlinq idman növü üzrə beynəlxalq yarışlarda səs-küylü fırıldaq hadisəsi baş verib.

Kanada yığmasının illərdir kameraların görmədiyi “kor zonalarda” gizli şəkildə qaydaları pozduğu məlum olub.

Məlumata görə, İsveç yığması kanadalıların bu hiyləsini hiss edib və televiziya əməkdaşlarından xüsusi olaraq bir nöqtəyə gizli kamera yerləşdirməyi xahiş ediblər.

Nəticədə kanadalı oyunçu qayda pozuntusu edərkən cinayət başında yaxalanıb.

Hadisənin ən diqqətçəkən tərəfi isə odur ki, video yayımlanmamışdan əvvəl kanadalı oyunçu Mark Kennedi isveçli rəqibini təhqir edib və tamamilə dürüst oynadığına dair and içib.

İfşa olunduqdan sonra Kanada tərəfi özünə bəraət qazandırmağa çalışıb. Onlar idmançıların xəlvəti videoya çəkilməsinin qaydalara zidd olduğunu iddia edərək bu vəziyyətdən narazılıqlarını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
82
interpress.az

1Sources