
Böyük Britaniya ABŞ-a öz hərbi bazalarını İran əleyhinə əməliyyatlarda istifadə etmək icazəsi verməkdən imtina edib.
Bu barədə The Times qəzeti mənbələrə istinadən xəbər yayıb.
Qəzetin məlumatına görə, Vaşinqton Tehran əleyhinə hərbi əməliyyatın detallı planlarını hazırlayır. Planlarda Hind okeanındakı Dieqo-Qarsiya adasındakı birgə britaniyalı-amerikalı baza və İngiltərənin Gloucestershire qraflığındakı Fairford hava bazası, ABŞ ağır bombardmançı təyyarələrinin əsas yerləşmə nöqtəsi kimi nəzərdə tutulub. Lakin London hələ razılıq verməyib, çünki amerikalıların İran üzərinə zərbəsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilə bilər.
Böyük Britaniyanın mövqeyi ABŞ prezidenti Donald Trampın narazılığına səbəb olub. Tramp 18 fevral tarixində Böyük Britaniya ilə Mavrikiy arasında Çağos arxipelaqının suverenliyinin Mavrikiyə verilməsi barədə sazişi tənqid edib.
22 may 2025-ci ildə imzalanan bu saziş hələ parlament tərəfindən ratifikasiya edilməyib və Dieqo-Qarsiya bazasının 99 il müddətində istifadəsini təmin edir. Böyük Britaniya Mavrikiyə hər il 100 milyon funt sterlinqdən çox ödəyəcək, eyni zamanda xarici hərbi qüvvələrin adalardakı mövcudluğu qadağan olunur.
Tramp Truth Social sosial şəbəkəsində yazıb ki, Böyük Britaniya Baş naziri Kir Starmer böyük səhv edir və bazanın idarəsini itirmək riskinə yol verməməlidir. ABŞ prezidenti Dieqo-Qarsiya bazasının İran tərəfindən potensial təhdidlərin qarşısını almaq üçün istifadə oluna biləcəyini də istisna etməyib.
Çağos arxipelağı əvvəllər Böyük Britaniyanın Mavrikiy koloniyasına daxil idi, lakin 1965-ci ildə Londonda arxipelaq ayrı inzibati vahidə çevrildi. 1966-cı ildə ABŞ adanı icarəyə götürərək hava bazası inşa edib və arxipelaq sakinləri köçürülüb. 2017-ci ildə Mavrikiy BMT-nin Beynəlxalq Məhkəməsinin rəyini alaraq öz iddialarını irəli sürüb, 2019-cu ildə bu rəy bazanın fəaliyyətinə təhdid yaradıb. Baş nazir Starmer bildirib ki, Çağosun Mavrikiyə verilməsi bazanın sabit fəaliyyətini təmin edəcək.