Sabah ramazan ayının ikinci günüdür.Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı ramazan təqviminə əsasən, fevralın 20-də imsak vaxtı saat 06:03-də, iftar vaxtı isə saat 18:35-dədir. Fevralın 20-si üçün namaz vaxtları:| Sübh azanı | 06:08 |
| Zöhr azanı | 12:55 |
| Əsr azanı | 16:39 |
| Məğrib azanı | 18:35 |
| İşa azanı | 19:36 |
İkinci günün imsak duasını təqdim edirik:"Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin".Tərcüməsi: "İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhmlilərin rəhmlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!"İftar duası:"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!"Allah orucunuzu qəbul eləsin!