EN

"Zalujnı ilə Zelenski arasında gizli qarşıdurma: ilk açıq etiraf" - BBC

"Keçmiş baş komandan axtarışlar, uğursuz əks-hücum və siyasi iddialar barədə danışıb..."

Ukraynanın Böyük Britaniyadakı səfiri, keçmiş baş komandan Valeri Zalujnı prezident Vladimir Zelenski ilə münasibətlərində yaranmış ciddi fikir ayrılıqlarını ilk dəfə açıq şəkildə təsvir edib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

2024-cü ildə vəzifəsindən azad edilərək Londona göndərilən generalın adı son aylarda potensial siyasi rəqib kimi hallandırılır. 52 yaşlı Zalujnı bildirib ki, gərginlik 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı hücumundan sonra başlayıb və müdafiə strategiyası ilə bağlı mübahisələr tədricən dərinləşib.

Onun sözlərinə görə, 2022-ci ilin sonlarında onlarla təhlükəsizlik əməkdaşı qərargahında axtarış aparmağa cəhd edib. Zalujnı bunu "qorxutma aktı" adlandırıb və həmin vaxt Prezident Ofisinin rəhbəri Andrey Yermaka zəng edərək qərargahı müdafiə etmək üçün hərbçiləri cəlb etməyə hazır olduğunu deyib. Prezident Ofisi və Ukrayna Təhlükəsizlik Xidməti məsələni şərh etməyib.

Əks-hücum mübahisəsi

Qarşıdurmanın əsas səbəblərindən biri 2023-cü il əks-hücum planı olub. Zalujnı bildirir ki, plan Zaporojye istiqamətində qüvvələrin cəmləşdirilməsi və Azov dənizinə çıxış yolu ilə Krıma uzanan quru dəhlizinin kəsilməsini nəzərdə tuturdu. Lakin resursların yetərincə ayrılmaması və qoşunların səpələnməsi əməliyyatın zəifləməsinə səbəb olub. General hazırkı şəraitdə Ukrayna ordusunun imkanları ilə bağlı "real olmayan gözləntilər"in mövcud olduğunu da vurğulayıb.

Siyasi iddialar və Manafort məsələsi

Zalujnının səfir təyin olunması bəzi analitiklər tərəfindən onun daxili siyasətdən uzaqlaşdırılması kimi qiymətləndirilir. Sorğular hipotetik prezident yarışında onun Zelenskidən az fərqlə irəlidə olduğunu göstərir. Bununla belə, general müharibə bitməyincə siyasi ambisiyalar barədə danışmaq istəmədiyini bildirib.

O, həmçinin 2025-ci ilin yazında amerikalı siyasi strateqin ona kampaniya dəstəyi təklif etdiyini açıqlayıb. Söhbətin Paul Manafortdan getdiyi bildirilir. Manafort vaxtilə Donald Trampın qərargahına rəhbərlik edib və Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin məsləhətçisi olub. Zalujnı isə onun xidmətlərinə ehtiyac duymadığını deyib.

Chosen
61
1
moderator.az

2Sources