EN

Sürücü sükan arxasında vəfat edibVİDEO

Bakıda avtomobil hərəkətdə olarkən sürücü sükan arxasında ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Böyükşor şosesində, Olimpiya stadionunun qarşısında baş verib.

Avtomobilə baxış keçirilərkən sürücünün hərəkətsiz vəziyyətdə olduğu müəyyənləşib. Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, həmin şəxsin öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlaraı gəlib. Araşdırma zamanı sükan arxasında ölən sürücünün paytaxt sakini 27 yaşlı Maarif Hümbətov olduğu məlum olub. Onun ölüm səbəbi araşdırılır. Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qeyd edək ki, hadisədən sonra yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb. Bu, müşahidə kameralarına düşən kadrlardan aydın görünür.

Ölümün dəqiq səbəbləri Sabunçu Rayon Prorkurorluğunda araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
19
xezerxeber.az

1Sources