EN

Almaniyalı iki turist Avstriyada qar uçqunu nəticəsində həlak olub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 19 fevral, AZƏRTAC

Almaniyalı iki turist Avstriyada baş verən qar uçqunu nəticəsində həlak olub.

AZƏRTAC “Zeit” qəzetinə istinadla xəbər verir ki, Tirol əyalətində baş verən uçqun nəticəsində almaniyalı turistlərdən əlavə bir nəfər də Niderland vətəndaşı ölüb. Almaniyalı turistlərdən birinin uçqun təhlükəsi ilə əlaqədar geri qayıdarkən yamacdan qopan böyük qar kütləsinin altında qaldığı bildirilir. Digəri isə təhlükəsizlik zolağından kənarda hərəkət edərkən qar uçqununa məruz qalıb.

Hazırda Avstriyanın qərbində uçqun təhlükəsi gərgin olaraq qalır. Tirol əyalətinin müvafiq qurumları gün ərzində təkcə bu bölgədə 30-dan çox qar uçqununun qeydə alındığını açıqlayıb. Xəbərdarlıq xidmətləri Tirol və Vorarlberq əyalətlərində yüksək təhlükəli vəziyyət barədə xəbərdarlıq ediblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
110
3
azertag.az

6Sources