Ağcabədi rayonunda fərdi təsərrüfatda baş verən yanğınnəticəsində 4 baş iribuynuzlu heyvan tələf olub.
Trend-inməlumatına görə, hadisə rayon sakini Seyid Həsənə məxsustəsərrüfatda qeydə alınıb. İlkin məlumata görə, yanğın zamanıtəsərrüfat ərazisində saxlanılan 14 ton ot bağı yanaraq yararsızhala düşüb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayonYanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğınınsöndürülməsi istiqamətində zəruri tədbirlər görülüb və alovunətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəblərimüəyyənləşdirilir.