EN

Rəsmi məktub yazıblar ki, ölkədə şiddəti təbliğ edirəm

ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlk dəfə bunu eşidəndə çox şok yaşadım. Kimsə əziyyət çəkib, ərinməyib və TikTok-a rəsmi məktub yazıb ki, guya mən ölkəmizdə şiddəti təbliğ edirəm".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Gün ortası" proqramında deyib. O bildirib ki, ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir:

"Həmin adam bunu edib ki, TikTok məni ümumiyyətlə bloklasın. Mən ora girmirəm, sosial şəbəkələrdən ümumiyyətlə istifadə etmirəm. Amma gördüyümüz işlər var. Niyə axı? Ondansa həmin əziyyəti çək, get evinə çörək pulu qazan da... Gecə yatma, məktub yaz... Bu vaxtı elə ailənə, övladına ayır. Mənə qəribə gəldi ki, bir insan pislik etmək üçün necə əziyyət çəkə bilər?".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
76
2
axsam.az

3Sources