ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Avropa İttifaqı öz hərbi sənayesini inkişaf etdirməklə ABŞ-dan silah alışını azaltmağa səy göstərməlidir”.
525.az xəbər verir ki, bu barədə Aİ-nin müdafiə və kosmik məsələlər üzrə komissarı Andrius Kubilius deyib.
"Aİ-yə üzv dövlətlərin hökumətlərinin silah tədarükü üçün ayrılan vəsaitlərin yalnız 20%-ni Avropa istehsalçılarına ayırması və ABŞ-a üstünlük verməsi bizi narahat etməyə bilməz", - o vurğulayıb.
Avrokomissar Avropa Mərkəzi Bankının keçmiş prezidenti Mario Draqinin 2024-cü ildəki hesabatını xatırladıb. Hesabatda Aİ üzv ölkələrinin silahlarının 60%-nin ABŞ-dan alındığı bildirilirdi.
"Vəziyyət bir qədər dəyişib. Rəqəm 40% təşkil edir, amma yenə də əhəmiyyətlidir", - Kubilius bildirib.
Onun sözlərinə görə, vəziyyətin dəyişməsi lazımdır: "Biz Avropa müdafiə sənayesinə getdikcə daha çox vəsait yatırmağa, Avropada istehsal olunmayan və ABŞ-dan almağa məcbur qaldığımız silah növlərinin istehsalına başlamağa çalışacağıq".
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.