EN

Amerika Ukraynanı tək qoyub, Tramp aşkar şəkildə Rusiyanın təcavüzkar mövqeyini dəstəkləyir Zərdüşt Əlizadə

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fevralın 17 və 18-i iki gün ardıcıl olaraq Cenevrədə ABŞ-Rusiya-Ukrayna heyətləri arasında görüş keçirilib. Xarici medianın məlumatına görə, Cenevrədə keçirilən danışıqlarda Rusiya nümayəndə heyəti Donbasdan Ukrayna Silahlı Qüvvələrinin çıxarılması məsələsinə yenidən daha fəal şəkildə diqqət yetirməyə başlayıb.

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Ukrayna hakimiyyəti çox çətin seçim qarşısındadır.

Onun sözlərinə görə, Qərb Ukraynanın dəstəyindən tədricən çəkilir:

"Amerika aşkar şəkildə Ukraynanı tək qoyub. Hərçənd ki, ABŞ Prezidenti Donald Tramp vasitəçi xidmətini öz adına yazmaq istəyir. Ukrayna-Rusiya münaqişəsində Tramp aşkar şəkildə Rusiyanın təcavüzkar mövqeyini dəstəkləyir. Tək Avropa Ukraynanı Rusiyanın qarşısında müdafiə etməyə qadir deyil. Onların nə imkanları, nə də qətiyyətləri çatır. Rusiya tələb edir ki, Donbasın işğal edilməmiş ərazilərindən qoşunlar çıxsın. Bunu Ukrayna tərəfinin qəbul etməsi üçün belə bir təklif də səsləndirilir ki, əgər Ukrayna ordusu Donbasın işğal edilməmiş ərazilərindən çıxsa, o zona silahsız neytral zona elan edilsin, rus qoşunları da ora girməsin. Amma hamıya bəllidir ki, Rusiya bütün öhdəlikləri daim pozmağa hazır olan ölkədir. Yəni bir müddət həmin ərazilər də silahsız qalacaq, ordusuz qalacaq, sonra rus ordusu ora girəcək. Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi mövqeyi hazırda Ukraynada çox zəifdir. Eyni zamanda Ukraynanın silahlı qüvvələri sayca və silah baxımından Rusiyanın silahlı qüvvələrindən zəifdir. Belə bir şəraitdə Zelenski hansısa qərar qəbul edəcəksə, onu heç kim qınaya bilməz. Hər şey Ukrayna xalqının, Ukrayna ordusunun, Ukraynanın özündən asılıdır. Amma danışıqlarda Ukraynanın mövqeyi zəifdir, buna heç bir şübhə yoxdur".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
67
1
redaktor.az

2Sources