EN

Qohumlar arasında dava Bir şilləyə görə məhkəmələrə düşdü

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şamaxı rayonunda 63 yaşlı kişi bacısının həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun Çuxuryurd kəndində baş verib. Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Vəli özünə məxsus fərdi yaşayış evində qohumu Saleh (adlar şərtidir – red) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı şillə ilə bir dəfə Salehin sol göz nahiyəsindən vurub. Vəlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Vəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün kimi Şamaxı rayonunun Çuxuryurd kəndində məskunlaşıb:“Bərdə rayon sakini Saleh mənim bacımın həyat yoldaşıdır. Salehlə əvvəllər aramızda heç bir ədavət, hər hansı bir mübahisə olmayıb. Hadisə baş verən günü axşam saatlarında Saleh yaşadığım evə gəldi. Həmin vaxt söhbət zamanı aramızda mübahisə yarandı. Əsəbləşərək, onun sifət nahiyəsindən bir şillə vurdum. Bundan sonra onun burnundan qan axmağa başladı. Daha sonra mən sakitləşdim və Saleh evinə getdi. Sonradan məlum oldu ki, Saleh barəmdə şikayət ərizəsi ilə Şamaxı Rayon Polis Şöbəsinə müraciət edib”. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı müraciətində ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, heç bir tələb və şikayətinin olmadığını qeyd edib.Şamaxı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
demokrat.az

1Sources