EN

Sabiq nazirin şirkəti deputat avtomobillərinə qulluq göstərəcək Milyonluq müqavilə

Milli.az saytına istinadən ain.az xəbər verir.

Milli Məclis "İmprotex Motors" şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə rəsmi qarantiyada olan nəqliyyat vasitələrinə qulluq göstərilməsi nəzərdə tutulur.

Buraya yağ, sürtkü materialları, ehtiyyat hissələri və servis xidmətləri aiddir.

Müqavilənin maliyyə dəyəri isə 2 milyon 282 min 605 manat müəyyənləşib. Müqavilənin icra müddəti açıqlanmayıb.

Xatırladaq ki,"İmprotex Motors" şirkəti 1991-ci ildə yaradılıb. Şirkətin sahibi sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. O, nazir işlədiyi 2006-2013-cü illərdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
8
news.milli.az

9Sources