“Bavariya”nın zədəli qapıçısı və kapitanı Manuel Noyerin aqibəti məlum olub.
"Football-plus.az" xəbər verir ki, 39 yaşlı futbolçu baldır əzələsində yaranan problemə görə sıradan çıxıb. “Bild” nəşrinin məlumatına görə, təcrübəli futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdi ki, Noyer bundesliqanın növbəti turunun “Ayntraxt”la keçiriləcək matçını buraxacaq.
Bu mövsüm bütün turnirlərdə 28 oyuna çıxan Noyer qapısında 27 qol görüb, 9 matçda isə qapısını toxunulmaz saxlayıb.