EN

Dərmanı çay və qəhvə ilə niyə qəbul etmək olmaz?

Farmakoloq İqor Sokolski izah edib ki, dərmanları çay və ya qəhvə ilə qəbul etmək təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, çayın tərkibindəki tannin maddəsi dərmanların aktiv maddələri ilə qarşılıqlı təsir göstərərək onların bağırsaq vasitəsilə qan dövranına hopmasını əngəlləyir. Bu, xüsusilə dəmir əlavələri, ürək qlikozidləri və həzm köməkçiləri üçün problem yaradır.

Qəhvə isə yüksək miqdarda kofein ehtiva edir ki, bu da bəzi dərmanların zəhərli təsirini artırır. Məsələn, qeyri-steroid iltihab əleyhinə dərmanlar (ibuprofen, diklofenak) qəhvə ilə qəbul ediləndə böyrək və qaraciyərə ciddi yük yarada bilər. Kofein həmçinin dərmanın bədəndən tez çıxmasına səbəb olaraq, terapevtik təsirin azalmasına yol açır.

Sokolski tövsiyə edir ki, dərmanlar həmişə otaq temperaturunda, qazsız və təmiz su ilə qəbul edilsin. Bu, dərmanın maksimal faydalı təsir göstərməsini təmin edir və əlavə riskləri azaldır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
19
e-saglam.az

1Sources