EN

Beynəlxalq axtarışa verilmiş 2 nəfər Azərbaycana ekstradisiya edilib

Bakı. Trend:

Beynəlxalq axtarışa verilmiş daha 2 şəxs Azərbaycanaekstradisiya edilib.

Trend xəbər verir ki, bubarədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımvə hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixliKonvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasınınvətəndaşları Əliyev Rauf Rüstəm oğlu və Əhmədov Natiq İntiqamoğlunun ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindənverilmiş vəsatətlər müvafiq olaraq Rusiya Federasiyasının vəQazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təminedilib.

Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaqıaparılan cinayət işləri üzrə Əliyev Rauf Rüstəm oğlunun xeylimiqdarda ziyan vurmaqla dələduzluq, Əhmədov Natiq İntiqam oğlununisə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətəməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən hər iki şəxs barəsində təqsirləndirilən şəxsqismində cəlb etmə haqqında qərarlar qəbul olunub və onlarınistintaqdan yayınaraq gizləndiklərinə görə beynəlxalq axtarış elanedilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində RaufƏliyev Rusiya Federasiyasının, Natiq Əhmədov isə QazaxıstanRespublikasının ərazisində saxlanılıb.

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

Məqalədə:
Chosen
79
25
az.trend.az

10Sources