EN

Xocalının Xanabad kəndinə ilk köç karvanı çatıb

ain.az, Azvision saytına istinadən bildirir.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata əsasən, kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib, sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub.Təqdimetmə mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonları üzrə Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edərək bildirib ki, Xanabad kəndində bütün zəruri infrastruktur qurulub və əhalinin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün kompleks tədbirlər həyata keçirilib.Qeyd olunub ki, bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Dövlət başçısının vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə həyat sürətlə bərpa olunur, keçmiş məcburi köçkünlər doğma yurdlarına ləyaqətli və təhlükəsiz şəkildə qayıdırlar.Xatırladaq ki, Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla ümumilikdə Xocalı rayonu üzrə artıq 1 şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin edilib.AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
8
azvision.az

10Sources